Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:31

Avqustun 20-də Finlandiyada matəm günü elan edilib, Turku şəhərində terror hücumu nəticəsində ölənlərin xatirəsi yad edilib.

Bütün ölkə boyu 1 dəqiqəlik sükut elan edilib.

Turku şəhərinin mərkəzindəki ticarət meydanına-terror aktının törədildiyi əraziyə yüzlərlə adam toplşaıb.

Avqustun 18-də bu meydanda bıcaqla 2 nəfər öldürülüb, 8 nəfərsə yaralanıb.

Ölənlərin ikisi də finlandiyalı qadındır.

Yaralıların arasında itliyalı, isveçli və britaniyalı da var.

Polis hücum edən 18 yaşlı terrorçunu ayağından güllələyərək həbs edib.

Onun əslən mərakeşli olduğu bildirilir.

Hücuma görə cavabdehliyi “İslam dövləti” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG