Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:20

Bu gün, avqustun 17-də daxili işlər naziri Ramil Usubov Əlahiddə Çevik Polis Alayında vakant olan yerlərə seçilmək istəyənlərdən ötrü sıra baxışı keçirib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Mətbuat xidməti bildirir ki, seçimə ümumilikdə 303 nəfər qatılıb. Nazir onların arasından 266 nəfəri seçib. Seçilənlərin daxili işlər orqanlarında xidmətə qəbul olunmalarından ötrü Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Buna da bax:​ Baş prokuror: 'Cinayətlərin açılması faizi yaxşılaşıb'

Ramil Usubov polisə seçilənlər qarşısında çıxış edib. Nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini deyib.

Ancaq Azərbaycanda polis orqanlarında ümumilikdə nə qədər insanın çalışdığı açıqlanmır. Bununla bağlı Daxili İşlər Nazirliyinə bir neçə dəfə müraciət etsək də onlardan dəqiq cavab almaq mümkün olmayıb.

Buna da bax: Ramil Usubov: 'Buna cəhd edənlər qarşılarında Azərbaycan polisini görəcəklər'

Bəzi ekspertlər deyir ki, Azərbaycanda polisin sayı digər ölkələrlə müqayisədə çoxdur və bu üzdən dəqiq say açıqlanmır. Ancaq rəsmi qurumlar belə izahatları qəbul etmirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG