Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:46

Ramil Usubov: 'Buna cəhd edənlər qarşılarında Azərbaycan polisini görəcəklər'


Daxili işlər naziri Ramil Usubov
Daxili işlər naziri Ramil Usubov

İyulun 1-də (2017) yerli media Azərbaycan Silahlı Qüvvələrinin güclənməsindən, mülki tikinti sahəsindəki problemlərdən, ölkənin məhkəmə hüquq sisteminin durumundan yazır.

“Uğur tarixi” 2014-cü ildə bitib”

Exo” qəzeti “Azərbaycanda mülki tikintiyə pul yoxdur” başlıqlı məqalədə problemi ekspert Nəriman Ağayevlə müzakirə edir.

Buna da bax:​ Tikintidə çalışanların qazancı 2 faiz artıb

Müəllif Azərbaycanda mülki tikintinin dayandığını deyir və səbəbini də tikinti sektorunun iqtisadi kataklizmlərə ən həssas sahə olması ilə izah edir və odur ki, tikinti üzrə dövlət sifarişlərinin həcminin azaldığını bildirir.

“Paytaxt və regionlarda mənzil, ofis və inzibati binalar, təhsil obyektləri, səhiyyə, ticarət və mehmanxana kompleksləri kimi əsaslı tikinti reallaşdırılıb. Amma “uğur tarixi” 2014-cü ildə sona yetib. Manatın 2015-ci ildəki devalvasiyası tikintiyə ciddi zərbə vurub. Son iki ildə tikinti şirkətlərinin müflis olub”, - bunu qəzetə ekspert Nəriman Ağayev söyləyir.

Arxiv fotosu
Arxiv fotosu

Ekspert deyir ki, devalvasiyanın zərbəsini maliyyə sektoru da dadıb. Onun sözlərinə görə, əvvəllər banklar tikinti sahəsini həvəslə maliyyələşdirirdilərsə hazırda kredit təşkilatlarının belə imkanları yoxdur: “Bütün bunlar Azərbaycanda mülki tikintinin dayandırılmasına təsirini göstərib və burada Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin xəttilə aparılan sosial tikintilər istisnadır. Sosial mənzil tikintisi burada aparıcı rol oynadı, büdcədən kifayət qədər böyük vəsait ayrıldı və mülki tikintiyə dəstək olmaq üçün xəzinədə vəsait qalmadı”.

Buna da bax: Hökumət sosial evlərə investor axtarır

N.Ağayevə görə, I Avropa və IV İslam Həmrəyliyi Oyunları zamanı idmançıların yerləşdikləri “Atletlər kəndi”nin satışa çıxarılması hökumətin maliyyə cəlb etmək ehtiyacının açıq göstəricisidir.

Ekspert tikintinin son 3 ildə “dövlət sifarişi üzrə işlərin” azaldığını, buna görə də tikinti sahəsinin gəlirlərinin aşağı düşdüyünü söyləyir. Onun qənaətincə, hökumət mülki tikintini canlandırmağa çalışacaq, “amma əvvəlki illərdəki yüksəkliyə qaldıra bilməyəcək, çünki infrastruktur obyektləri üzrə iri tikintilərə hökumət dəstək verə bilmir”.

N.Ağayev deyir ki, manatın üçüncü devalvasiyası riski tikinti sektorunda dururmu daha da mürəkkəbləşdirir.

Buna da bax:​ Sosial evlər layihəsi gerçəkləşir, amma... [video]

Müstəqil məhkəmə sistemi olmasa...

Novoye Vremya” qəzeti “Nikbinliyə əsas varmı?” deyə sual edir.

Müəllif ölkənin hüquq sisteminə xalqın etimadına toxunur. O yazır ki, ictimaiyyətin məhkəmə sisteminə etimadı bu sistemin səmərəliliyindən asılıdır. Məqalədə deyilir ki, hakimlər nə qədər müstəqil, ədalətli qərarlar çıxarsalar, beynəlxalq məhkəmə instansiyalarına və o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayı da azalar, ancaq indi belə iddiaların sayı artmaqdadır.

Məhkəmə qarşısında (arxiv fotosu)
Məhkəmə qarşısında (arxiv fotosu)

Müəllif parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərovun Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların digər ölkələrlə müqayisədə sayının az olması barədə açıqlamasına da diqqət çəkir. Yeri gəlmişkən, 2016-cı ildə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 16 qərar çıxarıb: “Hətta bu qərarların sayının az olması belə sevinməyə əsas vermir, baxmayaraq ki, durumun bu yerə çatması üçün kifayət qədər obyektiv və subyektiv səbəblər var. Amma bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanla bağlı Avropa Məhkəməsinin qərarlarının azlığı bizim məhkəmə orqanlarının uğurlu işinin göstəricisi sayıla bilməz”.

Buna da bax: Z.Əsgərov: 'Qətnamə heç bir əhəmiyyət kəsb etmir'

Novaye vremya” yazır ki, bu, haqqında qərar çıxarılan işlərin sayıdır, hələ nə qədər qərar çıxarılmamış işlər var, yaxşı olardı ki, Avropa Məhkəməsinə göndərilən işlərin sayı az olsun və əsl uğur bunu saymaq olardı.

Məqalədə bu məsələylə bağlı paralellər aparılması əsaslı sayılmır və ölkə hüquq sistemində köklü islahatlara başlanılmasının vacib olduğu vurğulanır.

Müəllifin fikrincə, ölkədə müstəqil hüquq-məhkəmə sistemi qurulmasa müasir siyasi sistem, inkişaf edən iqtisadiyyat qurmaq, ölkənin inkişafına nail olmaq mümkün deyil.

Buna da bax:​ Gənclər 21 il baş nazir, 23 il daxili işlər naziri olanlardan nə gözləyir? [video]

Ramil Usubov: “Buna cəhd edənlər qarşılarında Azərbaycan polisini görəcəklər”

“Son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olmuş, ağır və xüsusilə ağır cinayətlər törətmiş 1300 cinayətkar qrup zərərsizləşdirilmiş, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulmuşdur”. Daxili işlər naziri Ramil Usubov bu haqda Polis Günü ərəfəsində “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Ramil Usubov
Ramil Usubov

Nazirin sözlərinə görə, son 5 ildə qanunsuz saxlanılan 3500 odlu silah yığılıb və bununla da törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb.

Buna da bax:​ Cinayət Məcəlləsinə yeni – köklü dəyişikliklər qəbul olunarsa...

Nazir R.Usubov xalqa çağırış edərək onun təhlükəsizliyinə heç bir təhdid yaranmayacağını bəyan edib: “Azərbaycan Prezidentinin siyasi iradəsindən və qətiyyətindən güc alaraq bildiririk ki, heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, respublikamızı 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyil”.

Nazir deyib ki, buna cəhd edənlər həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.

2 iyul 1998-ci ildən etibarən Azərbaycanda Polis Günü kimi qeyd edilir.

XS
SM
MD
LG