Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:08

Baş prokuror: 'Cinayətlərin açılması faizi yaxşılaşıb'


Baş prokuror Zakir Qaralov

“Son illər mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, mahnı müsabiqəsi, dünya miqyaslı idman yarışlarına ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə, tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir”.

Bu gün, iyulun 31-də Baş Prokurorluqda 2017-ci ilin birinci yarımilinin yekunları ilə bağlı keçirilmiş əməliyyat müşavirəsində çıxış edən baş prokuror Zakir Qaralov belə deyib.

Zakir Qaralov 2017-ci ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişafın yüksək templərlə davam etdiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini bildirib.

Buna da bax:​ 6 ayda 12 prokurorluq işçisi cəzalandırılıb

Baş prokurorluq xüsusi vurğulayıb ki, hesabat dövründə ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya yatırılıb. Qeyri-neft sənayesində məhsul istehsalı 4,4, kənd təsərrüfatı 2,2, ixrac 36 faiz artıb.

Baş prokuror qeyd edib ki, bu ilin birinci yarımilində cinayətlərin açılması 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz yaxşılaşıb, 85,4 faiz təşkil edib. Qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətinin 76-sının açılması təmin olunub.

41 milyon manata əvəz 56 milyon manat dəyərində əmlaka həbs...

Zakir Qaralov müşavirədə "MTN" işindən də danışıb.

Baş prokurorun bildirdiyinə görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə kompleks istintaq-əməliyyat tədbirləri görülüb. MTN-də yüksək vəzifə tutan cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib.

Buna da bax: Həbsxanalardakı hər 7 nəfərdən biri... [video]

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Xatırlatma

“MTN işi” ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə həbs olunub. Sonradan onlardan biri buraxılıb.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra, onun bazası əsasında 2 qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

Buna da bax:​ Ramil Usubov: 'Buna cəhd edənlər qarşılarında Azərbaycan polisini görəcəklər'

Həmin həbslərdən və qurumun ləğvindən öncə, 2015-ci ilin oktyabrın 18-də milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılmışdı. O, vaxt bu hadisələr hakimiyyətin nəzarət etmədiyi mətbu orqanlarında əsasən iki amillə izah edilirdi. Bir qisim təhlilçilər bunu “əmlak savaşı”, başqa bir qisim təhlilçilər isə ölkə rəhbərliyinin telefon danışıqlarının gizlin dinlənməsinin üzə çıxması ilə izah edirdilər. Həmin vaxt Rabitə və İnformasiya Texnologiya Nazirliyində də bir sıra həbslər aparılmışdı.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG