Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 09:17

Polisə çağırılan gənclər sərbəst buraxılıb [yenilənib]


Dəyanət Babayev

Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlu və Azad Azərbaycan Təşkilatının sədri Ağaşirin Tarverdioğlunun Bakı şəhər Baş Polis İdarəsindən sərbəst buraxıldığı bildirilir.

Bu haqda məlumat verən İsmayıl İslamoğlu polisə “Siyasi məhbuslara azadlıq!” tələbilə təyin olunmuş etiraz aksiyasına görə, çağırıldıqlarını deyib.

İ.İsmayıloğlunun sözlərinə görə, idarədə onlara deyiblər ki, əgər aksiya keçirsəniz, inzibati yox, cinayət məsuliyyətinə cəlb olunacaqsınız.

O, şifahi xəbərdarlıq edildikdən sonra sərbəst buraxıldıqlarını qeyd edib.

Buna da bax:​ Gənc fəal atasının buraxıldığını deyir [yenilənib]

İ.İslamoğlu aksiya qərarının dəyişmədiyini də söyləyib.

Bu deyilənlərə, hələlik, Bakı şəhər Baş Polis İdarəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

* * *

Bu gün, avqustun 17-də Demokratik Gənclər Təşkilatının rəhbəri İsmayıl İslamoğlu, Azad Azərbaycan Təşkilatının sədri Ağaşirin Tarverdioğlu və gənc fəal Dəyanət Babayevin Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı bildirilir.

Gənc fəal D.Babayev deyib ki, polisə çağırılmalarına «Siyasi məhbuslara azadlıq!» tələbi ilə etiraz aksiyası təyin edilməsi səbəb olub.

Buna da bax: 'İki nəfərin ad-soyadını kiməsə deməkdən ötrü adama 4 il iş veriblər'

«Məni idarənin cinayət axtarış şöbəsinin rəis müavini qəbul edib xəbərdarlıq etdi. Bildirdi ki, əgər aksiya keçirsək, saxlanacağıq. Mənə bildirdi ki, aksiyaya getməyəcəyimlə bağlı sənədə imza atmalıyam. Mən isə iltizamı imzalamadım və aksiyalara qatılmağın konstitusion hüququm olduğunu bildirdim. Bundan sonra şifahi xəbərdarlıq edərək məni sərbəst buraxdılar», - D.Babayev deyib.

Ancaq gəncin dediklərinə hələ ki, Bakı şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

İKİ NƏFƏRİN HƏLƏ POLİSDƏ OLDUĞU DEYİLİR

Gənc fəal İsmayıl İslamoğlu və Ağaşirin Tarverdioğlunun hələ də Bakı Şəhər Baş Polis İdarəsində olduğunu bildirib.

Bir qrup gənc fəal «Facebook» şəbəkəsində Bakıda «Siyasi məhbuslara azadlıq!» şüarı ilə aksiya keçirəcəklərini açıqlayıblar.

Buna da bax:​ Gənc fəal sərbəst buraxılıb, amma... [yenilənib]

Aksiya anonsundan sonra, avqustun 11-də AXCP Sumqayıt şöbəsinin fəalı Ruslan Qara məhkəmə qərarı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilib. O, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılıb.

Demokratik Gənclər Hərəkatının (DGH) rəhbəri İsmayıl İslamoğlu isə Yasamal Rayon Polis İdarəsinin 27 saylı Polis Bölməsinə çağırılmışdı. Hətta İsmayıl İslamoğlunun deməsinə görə, onun polisə gəlməsini təmin etməkdən ötrü atasını Şirvan Şəhər Polis İdarəsinə aparmışdılar. Gənc bildirirdi ki, atasını o, polisə getdikdən sonra buraxıblar:

«Məndən «Facebook» səhifəmdəki yazdığım statusları pozmağımı tələb edirdilər, mən də pozdum və bundan sonra atam sərbəst buraxıldı», - deyə o polisdən qayıtdıqdan sonra bildirmişdi.

Buna da bax: Sumqayıt cəbhəçisinə 20 sutka verildiyi deyilir [yenilənib]

Ancaq onda da Şirvan Şəhər Polis İdarəsindən gəncin dediklərinə münasibət almaq mümkün olmamışdı.

Yerli hüquq müdafiəçiləri ölkədə 160 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG