Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 07:21

Gənc fəal sərbəst buraxılıb, amma... [yenilənib]


Cəmil Hacıyev

Demokratik Qüvvələrin Milli Şurasının üzvü, gənc fəal Cəmil Hacıyev sərbəst buraxılıb.

Bu haqda AzadlıqRadiosu-na onun özü məlumat verib.

C.Hacıyev saxlanmasının səbəbini məhkəmədə mübahisə etməsi ilə izah edib.

Onun deməsinə görə, bu gün avqustun 7-si etiraz aksiyalarında iştirakı ilə bağlı məhkəmə işi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə gedib, orda prosesin yubanmasına etirazını bildirib.

Buna da bax:​ Ombudsman gənc fəalın şikayətinin araşdırılmasını istəyir

Məhkəmə nümayəndəsi onun etiraz etməsindən narazı qalıb, polis dəvət edib. Ardınca C.Hacıyevi 4-cü Polis Bölməsinə aparıblar. Məhkəmə binasında xuliqanlıq etməkdə günahlandırılan gənc fəalı polislər Binəqədi Rayon Məhkəməsinə aparmaq istəsələr də, sonradan qərarlarını dəyişiblər.

Təkrar 4-cü Polis Bölməsinə qaytarılan C.Hacıyevdən bölmədə iltizamı alınıb. Deməsinə görə, ona bildirilib ki, 2 gün ərzində məhkəməsi olacaq. Məsələyə, hələlik, Binəqədi Rayon Məhkəməsindən və polisdən mövqey almaq mümkün olmayıb.

Buna da bax:​ Gənc fəalın atası: 'Qanun kimə necə sərfəlidir, o istiqamətdə istifadə edir'

* * *

Gənc fəalın məhkəməyə aparıldığı bildirilir

Gənc siyasi fəal, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyevin saxlandığı bildirilir. Onun Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparıldığı deyilir.

4-cü Polis Bölməsindən C.Hacıyevin bölməyə dəvət edildiyini təsdiqləyiblər. Bölmədən daha detallı bilginin sonra veriləcəyi bildirilib.

C.Hacıyevin dostları isə AzadlıqRadiosu-na onun artıq, bölmədən çıxdığını, polis əməkdaşlarının müşayiəti ilə Binəqədi Rayon Məhkəməsinə aparıldığını bildiriblər. Gənc fəalın xuliqanlıqda günahlandırıldığı söylənir.

Buna da bax:​ Siyasi fəal Bəxtiyar Hacıyev nə üçün saxlanmışdı? [yenilənib]

Cəmil Hacıyev müxalif qüvvələrin düzənlədiyi tədbirlərdə fəallığı ilə seçilir. O, bundan öncə də bir neçə dəfə polisə aparılıb.

C.Hacıyev 2012-2013-cü illərdə müxalifətin Bakı şəhər rəhbərliyi ilə razılaşdırmadan təşkil etdiyi nümayişlərdə iştirak edərkən də saxlanıb. O həmin hadisələrin birində inzibati qaydada cəzalandırılıb. Həmin iş üzrə gənc fəalın şikayətinə bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi baxıb.

Məhkəmə C.Hacıyevin hüquqlarının pozulduğu qənaətinə gələrək, hökumətin üzərinə ona 13 620 avro təzminat ödəmək vəzifəsi qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG