Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 07:20

Sumqayıt cəbhəçisinə 20 sutka verildiyi deyilir [yenilənib]


Gənc fəal Ruslan Qarayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevə 20 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

Bu barədə AXCP Gənclər Təşkilatının sədri İlham Hüseyn məlumat yayıb. Ancaq gəncin nədə ittiham edildiyi açıqlanmayıb.

Bunu, hələlik, Sumqayıt şəhər Məhkəməsindən də öyrənmək mümkün olmayıb.

* * *

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şöbəsinin fəalı Ruslan Qarayevin saxlandığı bildirilir. Onun telefonu artıq, bir neçə saatdır cavab vermir.

AXCP Sumqayıt şöbəsindən bildiriblər ki, Ruslan Qarayev bu gün, avqustun 11-i səhər saatlarında evlərinin qarşısında mülki geyimli şəxslərin olduğu barədə onları məlumatlandırıb:

“Artıq, Ruslan Qarayevdən 6 saatdan çoxdur ki, xəbər yoxdur”, – fəal Elçin Həsənzadə bildirib.

Şöbədən Ruslan Qarayevin Sumqayıt Şəhər Polis İdarəsində saxlandığını güman edirlər. Ancaq bunu idarədən təsdiqləməyiblər.

Buna da bax: Gənc fəal sərbəst buraxılıb, amma... [yenilənib]

R.Qarayevin anası isə deyib ki, oğlunu mülki geyimli şəxslər yaşadığı evin qarşısında saxlayaraq “Jiquli” markalı avtomobillə mindiriblər. Ailədə R.Qarayevin sonrakı taleyi ilə bağlı məlumat yoxdur.

Gəncin taleyinə Daxili İşlər Nazirliyindən də aydınlıq gətirmək mümkün olmayıb.

Hazırda AXCP-nin 10-dan çox fəalı həbsdədir. AXCP onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq hakimiyyət təmsilçiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG