Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Noyabr, Cümə, Bakı vaxtı 05:02

Türkmənistan sərhədləri bağlayıb


Gurbanguly Berdymukhamedov

Türkmənistanda hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Bundan başqa sərhədlər bağlanıb, viza qaydaları məhdudlaşdırılıb və gömrük nəzarəti gücləndirilib.

Azadlıq Radiosu Türkmənistan xidmətinin məlumatına görə, bu avqustun 15-də Dövlət Təhlükəsizlik Şurası-nın iclasında bəyan edilib.

Bunun “2017-ci il Aşqabad oyunları” (V Asiya İdman Oyunları) ilə bağlı olduğu bildirilir.

Oyunlar avqustun 17-dən sentyabrın 27-dək keçiriləcək.

Bu müddət ərzində həmçinin ölkədə keçirilməli olan bütün beynəlxalq sərgilər və tədbirlər başqa vaxta keçiriləcək.

Hakim dairələr hesab edir ki, bu müddət ərzində ölkəyə 200 mindən çox xarici qonaq gələcək.

Qeyd edək ki, Türkmənistan dünyanın ən qapalı və ən çətin viza alınan ölkələrindən biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG