Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 18:27

Rusiyanın dövlət dəmiryol inhisarçısı «Siemens» şirkətindən əlavə qatarlar almağı planlaşdırır. Bir müddət öncə Moskvanın sanksiyaları pozaraq alman şirkətinin dörd turbinini Krıma göndərməsi qalmaqal yaratmışdı.

«Siemens» ötən ay bildirib ki, Rusiyayla sövdələşmələr nəzərdən keçirilir. Belə ki, Rusiyanın cənubunda istifadə üçün nəzərdə tutulmuş elektrik turbinləri Krıma göndərilib və bununla da Avropa Birliyinin Moskvaya qoyduğu sanksiyalar pozulub. Həmin sanksiyalar məhz Rusiyanın Krımı qanunsuz ilhaqından sonra qoyulub.

«Siemens» bu turbinlərin onun bilgisi olmadan və iradəsinin əksinə olaraq Krıma göndərildiyini bildirib. Bu insidentdən sonra AB Moskvaya əlavə sanksiyalar qoyub.

«Bu bizim münasibətimizə təsir göstərməyəcək», – «Rusiya Dəmir Yolları»nın birinci vitse-prezidenti Aleksandr Misharin deyib.

O, şirkətin «Siemens»dən əlavə yüksəksürətli «Sapsan» qatarları alacağını da sözlərinə əlavə edib.

«Siemens»in sözçüsü şərh verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG