Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:06

2017-ci ilin iyul və avqust ayında keçirilən monitorinq zamanı iki bələdiyyə sədri, azı 10 istirahət mərkəzinin rəhbəri və fiziki şəxslər cərimələnib. Daxili İşlər nazirliyinin yaydığı məlumata görə cərimənin ümumi məbləği 37 min manat olub.

Məlumata görə, respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə monitorinq aparır. Monitorinq Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilir.

Buna da bax:​ 7 ayda sürücülər 30.3 milyon manat cərimələnib

Paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib.

Ümumilikdə isə ilin əvvəlindən bu günədək məişət tullantılarını tutumlardan kənar yerlərə atdıqlarına görə 488 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 79 min 610 manatdan artıq cərimələr tətbiq olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG