Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 19:04

7 ayda sürücülər 30.3 milyon manat cərimələnib


Piyada keçidi - Azərbaycanda və Hollandiyada
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Piyada keçidi - Azərbaycanda və Hollandiyada

2017-ci ilin yanvar-iyun aylarında ölkənin avtomobil yollarında 848 qəza baş verib.

Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 6.3 faiz azdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə yazılır.

Komitə bildirir ki, bu hadisələr nəticəsində 1147 nəfər zərər çəkib. Bu isə 10 faiz azalma deməkdir. Onlardan 315-i həlak olub, 832-si isə yaralanıb.

2017-ci ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı isə əvvəlki ilin analoji dövrü ilə müqayisədə 12.1 faiz artıb. 1 milyon 555.4 min inzibati xəta aşkarlanıb. Xətaların 51.1 faizi sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz çox), 11.1 faizi dayanma, durma qaydalarının pozulması (3 faiz çox), 10.4 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (30.3 faiz çox) olub. Qaydaların pozulmasına görə 30.3 milyon manat cərimə tətbiq edilib

Cərimələrin miqdarında isə azalma var. DSK-nin ötən ilin yanvar-iyun ayları ərzində göstəricilərində qeyd edilirdi ki, qaydaların pozulmasına görə 40.2 milyon manat məbləğində cərimələr yazılıb.

Ötən il Azərbaycanda yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin miqdarı artırılıb. O vaxt bəzi ekspertlər bunu neftin qiymətinin aşağı düşməsi ilə bağlı, hökumətin büdcəni doldurmaqdan ötrü atdığı addımlardan biri kimi dəyərləndirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG