Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 20:56

Özbəkistandan çıxmaq üçün icazə almaq ləğv edilir


Shavkat Mirziyayev

Özbəkistan vətəndaşları 2019-cu il yanvarın 1-dən ölkədən icazəsiz çıxa biləcəklər.

Azadlıq Radiosunun avqustun 16-da verdiyi məlumatına görə, ölkə prezidenti Shavkat Mirziyayev bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, hazırkı qaydaya əsasən Özbəkistan vətəndaşları ölkədən çıxmaq üçün dövlətdən xüsusi icazə almalıdırlar.

Fərmanda qeyd edilir ki, məqsəd bürokratik əngəllər və korrupsiya hallarını aradan qaldırmaqdır.

Məlumatda deyilir ki, Özbəkistan vətəndaşları ölkədən çıxmaq icazəsi almaq üçün hökumətdə tanış tapır və buna görə rüşvət verməli olurlar.

Qeyd edək ki, bir çox Orta Asiya ölkələrinin vətəndaşları iş dalınca Rusiyaya üz tuturlar.

Mirziyayev avtoritar prezident İslam Kərimovun vəfatından sonra 2016-cı ildə prezident seçildikdən bu yana ölkədə təcrid vəziyyətini azaltmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG