Bir neçə gündür Ermənistan yanğınsöndürənləri Xosrov meşə qoruğundakı yanğını söndürməyə çalışırdılar. Rəsmilərin avqustun 15-də bildirdiyinə görə, Rusiya hava tankerinin köməyi ilə yanğın artıq lokallaşdırılıb.
Avqustun 12-də başlanan yanğın bir neçə yüz hektara yayılmışdı.
Müdafiə Nazirliyinin vertolyotu günlərlə yanğını təkbaşına söndürməyə çalışıb, ancaq avqustun 15-də Rusiya Fövqəladə Hallar Nazirliyi köməyə tonlarla su tutan yanğınsöndürən təyyarə göndərib.
Dünyada ən böyük hava tankerlərindən olan «Il-76» yanan meşəyə 250 ton su vurub.
İlkin dəyərləndirmələrə görə, sürətlə yayılan yanğın qoruğun heyvan və bitki örtüyünə ciddi ziyan vurub.
TASS Ümumdünya Vəhşi Təbiət Fondunun rəsmisinə istinadla yazır ki, qoruğun 2 min 733 hektar ərazisinə ziyan dəyib.