Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 17:00

Şimali Koreya raket buraxılmasını ertələyir


Kim Jong Un

Avqustun 15-də Şimali Koreya ordusunu hazır vəziyyətə gətirib, ancaq bildirib ki, ABŞ ərazisinə raket buraxılmasını ertələyir.

Daha öncə Pentaqon rəhbəri bildirmişdi ki, belə bir addım «çox sürətlə» müharibəyə gətirər.

Pxenyanın rəsmi xəbər agentliyində yayılmış bəyanatda Şimali Koreya lideri Kim Jong Un orduya əmr edir ki, raket zərbəsinə hazır vəziyyətdə olsunlar. Ancaq o da qeyd olunur ki, raketləri buraxmamışdan öncə Birləşmiş Ştatların nə edəcəyinə baxacaqlar.

«Saysız strateji nüvə avadanlığını yaxınlığımıza gətirən Birləşmiş Ştatlar ilk öncə düzgün qərar verməli və Koreya yarımadasında gərginliyi azaltmaq istədiyini hərəkətləri ilə göstərməli, təhlükəli hərbi toqquşmanı önləməlidir», – KCNA agentliyi Kim-ə istinadla yazıb.

ABŞ müdafiə naziri Jim Mattis avqustun 14-də Vaşinqtonda jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar ərazisinə atılan istənilən raketi zərərsizləşdirməyə hazırdır və bunu müharibə addımı sayacaq.

«Bəli, bizə atsalar, bu, müharibə sayılacaq», – Mattis deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG