Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 14:05

Bu ilin altı ayında Azərbaycandan İsveçrəyə 1 min 602,8 kiloqram – ötən ilin eyni dövründəkindən təxminən 600 kq çox qızıl göndərilib. Artıma səbəb «bazara» yeni iştirakçının – dövlətə məxsus «AzerGold» QSC-nin daxil olmasıdır.

Dövlət Statistika Komitəsinin gömrük orqanına istinadla yaydığı hesabata görə, ötən il Azərbaycan əsasən sikkə kəsilməsində istifadə olunan qızıl ixrac edirdisə, bu il satılan qızılın 355,3 kiloqramı bu məqsədlə istifadə oluna bilər. Yerdə qalan qızıl (1247,5 kq) emalın bütün mərhələlərini keçməyib.

65 MİLYON DOLLARA YAXIN GƏLİR

Bu ilin birinci yarısında bağlanmış müqavilələrdən qızıl istehsalçıları 64 milyon 874 min dolları məbləğində gəlir götürüblər. Şirkətlərin qızıl satışından gəlirləri 2016-cı ilin altı ayına nəzərən 54 faiz artıb.

Buna da bax: Azərbaycanın 32,6 ton qızılının olduğu bildirilir

Dünya metal birjalarında son bir ildə qızılın qiyməti təxminən 3,9 faiz düşüb və hazırda (11 avqust 2017-ci il) 1288 dollar/unsiya təşkil edir. Yarımillikdə sikkə kəsilməsindən ötrü yararlı Azərbaycan qızılının bir kiloqramı 39 min 281,4 ABŞ dollarına – ötənildəkindən 49,1 dollar ucuz satılıb.

«Çovdar» qızıl yatağını istismar edən «AzerGold» QSC bu ilin birinci yarısında 32,3 min unsiya qızıl və 46,2 min unsiya gümüş xəlitəsi ixrac etdiyini açıqlamışdı. Digər istehsalçı – “Anglo-Asian Mining Company”, hələlik, satış göstəricilərini təqdim etməyib.

DSK-nın məlumatına görə, bu ilin birinci yarısında Azərbaycanda qızıl istehsalı 3,2 dəfə artaraq 3 min 124,8 kq olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG