Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:41

ABŞ Venesuelaya qarşı yeni sanksiyaları nəzərdən keçirir


Nicolas Maduro

ABŞ Venesuelaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdən keçirir.

ABŞ hakimiyyəti prezident Nicolas Maduro hökuməti ilə bağlılığı olan əlavə 20-dək şəxsin aktivlərini dondurmaq istəyir.

Bu barədə Reuters və Bloomberg agentlikləri məlumat yayıb.

Məlumata görə yeni sanksiyalar artıq çərşənbə axşamından tətbiq edilə bilər.

Amma qərar təxirə salına da bilər, çünki Donald Trump administrasiyası Madura rejiminə qarşı sanksiyalarda digər ölkələrin də dəstəyini axtarır.

Avqustun 8-də Limdə 11 Latın Amerikası ölkəsi xarici işlər nazirlərinin görüşü gözlənilir.

Görüşdə Kanadanın nümayəndələri də iştirak edəcək.

Dörd aya yaxındır ki, Venesuelada siyasi böhran yaşanır.

Bu müddət ərzində polislə etirazçılar arasında baş verən toqquşmalarda azı 125 adam ölüb. Müxalifət yeni yaradılan Konstitusiya Assambleyasını saxta sayır.

Asambleya konstitusiyaya dəyişiklik edəcək və müxalifətin nəzarətində olan parlamentin səlahiyyətini azaldacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG