Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:05

Müxalifət partiyaları seçkiyə vahid namizədlə gedir


kyrgyzstan--bakyt--torobaev

Qırğızıstanın müxalifət partiyaları oktyabrda keçiriləcək prezident seçkisinə vahid namizədlə getmək qərarına gəliblər.

Azadlıq Radiosunun avqustun 7-də yaydığı məlumata görə, bunu “Onuquu-Proqress” partiyasını təmsil edən deputatlar bəyan edib.

Belə ki, “Ata Yurd”, “Məkanım Qırğızıstan” və “Onuquu-Proqress” partiyalarının liderləribu məqsədlə yeni siyasi partiya yaratmaq qərarına gəliblər.

Onların imzaladıqları sənəddə deyilir ki, ölkənin bütövlüyü və suverenliyi naminə birləşmək, bu məqsədə çatmaq üçün yeni siyasi qüvvə yaratmaq qərarına gəliblər.

Məlumata görə bu partiyaların liderləri bundan əvvəl prezidentlik uğrunda mübarizə aparmaq üçün mərkəzi seçki komisiyasına (MSK) ərizə veriblərmiş.

Qırğıxıstanda növbəti president seçkisi oktyabrın 15-ə təyin edilib.

Ölkəni 2011-ci ildən indiki president Almazbek Atambaev idarə edir.

Ölkə konstitutsiyasına görə bir nəfər yalnız bir müddət president ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG