Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:33

Azərbaycan hasilatın azaldılması sazişinə sadiqdir


Arxiv fotosu

Azərbaycan iyulda neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyə tam əməl etdiyini bildirir.

Bu haqda Energetika Nazirliyinin məlumatında yazılıb.

Məlumata görə, 2017-ci ilin iyul ayı ərzində Azərbaycanın gündəlik neft hasilatı 796,7 min barrel olub. Bunun 745,1 min barrelini xam neft, 51,6 min barrelini kondensat təşkil edib.

Gündəlik 611,3 min barrel xam neft, 51,6 min barrel kondensat, 15,7 min barrel isə neft məhsulları ixrac edilib.

Buna da bax:​ Energetika nazirliyi: 'Azərbaycan Vyana sazişinə əməl edir'

Nazirlik bildirir ki, bununla Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı sazişinə əməl edib. Yəni Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.

Buna da bax: OPEC-in qərarını Azərbaycan və digər üzv olmayan ölkələr də dəstəklədi

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılşması daha 9 aylığa uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG