Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Sentyabr, Cümə, Bakı vaxtı 12:13

Energetika nazirliyi: 'Azərbaycan Vyana sazişinə əməl edir'


Arxiv fotosu

Azərbaycan iyunda neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyə tam əməl edib.

Bu haqda Energetika nazirliyinin məlumatında deyilir.

Nazirlik Vyana razılaşmasına uyğun olaraq iyunda ölkədəki gündəlik hasilatla bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edildiyini bildirir.

Məlumata görə, ötən ay respublika üzrə gündəlik neft hasilatı 793,7 min barrel olub.

Buna da bax:​ Azərbaycan hasilatın azaldılmasına əməl edib

Bunun 738,7 min barrelini xam neft, 55 min barrelini isə kondensat təşkil edib.

624,1 min barrel xam neft, 55 min barrel kondensat, 21,4 min barrel isə neft məhsulları ixrac edilib.

Nazirliyin məlumatına görə, sazişə uyğun olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Yanvarda respublika üzrə gündəlik neft hasilatı 793,9, fevralda 776,4, martda 733,3, apreldə 781,1, iyunda 785,3 min barel olub.

Buna da bax: Vyanada hasilatın azaldılması yenidən müzakirəyə çıxarılır

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş altı aylıq bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılşması daha 9 aylığa uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG