Keçid linkləri

2017, 11 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Azərbaycan hasilatın azaldılmasına əməl edib


Arxiv fotosu

Azərbaycan may ayında neft ölkələrinin gündəlik hasilatı azaltmaq barədə razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyə tam əməl edib.

Bu haqda Energetika Nazirliyinin məlumatında bildirilir.

Nazirliyin press-relizində qeyd edilir ki, Azərbaycan Vyana razılaşmasına uyğun olaraq mayda gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Buna da bax:​ OPEC-in qərarını Azərbaycan və digər üzv olmayan ölkələr də dəstəklədi

Məlumata görə, mayda ölkə üzrə gündəlik neft hasilatı 785,3 min barel olub.

Bunun 730,3 min barelini xam neft, 55 min barelini kondensat təşkil edib.

Gündəlik 596,5 min barel xam neft, 55 min barel kondensat, 12,2 min barel neft məhsulları ixrac etməklə Vyana razılaşmasına əməl olunub.

Yanvarda respublika üzrə gündəlik neft hasilatı 793,9, fevralda 776,4, martda 733,3, aprel ayında isə 781,1 min barel olub.

Buna da bax:​ Azərbaycan üçün qırmızı xətt...

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Saziş bu ilin birinci yarısından ötrü bağlanıb.

Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın 558 min barel/gün azaldılması barədə sazişə imza atıb.

Mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılşması daha 9 aylığa uzadılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG