OPEC (neft istehsal edən ölkələrin birləşdiyi təşkilat) hasilatın azaldılması ilə bağlı razılaşmanı daha 9 ay uzatmaq razılığıan gəlib.
Reuters agentliyinin mayın 25-də yaydığı məlumata görə razılaşma Vyana görüşündə əldə olunub.
Qərarı Azərbaycan və Rusiya da daxil olmaqla OPEC-ə üzv olmayan ölkələr də təsdiqləyib.
Azərbaycanı toplantıda energetika naziri Natiq Əliyev təmsil edib.
Hasilatın azaldılması barədə qərar iki illik müzakirələrdən sonra ötən ilin noyabrında əldə edilib.
Bu razılaşmada OPEC ölkələrinin gündəlik hasilatı 1,2 milyon barel azaltması nəzərdə tutulur.
Azərbaycan və Rusiya da daxil olmaqla təşkilata daxil olmayan ölkələr isə gündəlik hasilatı 600 min barel azaldıblar.
OPEC təşkilatı 1960-cı ilin sentyabrında neft ixrac edən ölkələrdə kvotaya nəzarət üçün yaradılıb.
Təşkilata Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Liviya, İran, İraq, Küveyt, Əlcəzair, Anqola, Ekvador, Qabon, Nigeriya, və Venesuela daxildir.
Mayın 25-da təşkilatın Vyana görüşündə, Ekvatorial Qvineyanın da bu təşkilata qoşulduğu bildirilib.
Dünyadakı neft ehtiyatlarının 2/3-i bu təşkilata daxil olan Səudiyyə Ərəbistanı,Qətər və İranın payına düşür.