Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Gürcüstanda 2 min 800 hərbçinin iştirakıyla hərbi təlimlər başlanıb. Təlimlərə Gürcüstan və Birləşmiş Ştatlar daxil olmaqla, 8 ölkənin əsgərləri qatılıb.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili və digər liderlər iyulun 30-da bildiriblər ki, bu tədbir onların NATO-ya qoşulması məqsədinə doğru vacib addımdır.

«Bu təlimlər Gürcüstana NATO standartlarına yaxınlaşmağa, bütün regionda sabitliyi gücləndirməyə kömək edəcək», – Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasındakı açılış mərasimində Kvirikashvili deyib.

2008-ci ildə Buxarestdə keçirilən sammitdə NATO liderləri Gürcüstanın NATO üzvü olacağına dair vəd veriblər. Ancaq Moskvanın dirənişi ucbatından bu hədəfə çatılması yubanıb.

«Layiqli Tərəfdaş» adlı ikigünlük təlimlərdə ABŞ-dan 1600, Gürcüstandan 800 əsgər iştirak edir. Təlimlərə Britaniya, Almaniya, Türkiyə, Ukrayna, Sloveniya və Ermənistan hərbçiləri də qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG