Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 09:33

Birləşmiş Ştatlar İranı ittiham edib ki, iyulun 27-də ən qabaqcıl peykdaşıyan raket buraxmaqla BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozub.

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert deyib ki, bu provokasion hərəkət Tehranın 2015-ci ildə dünya ölkələriylə imzaladığı nüvə razılaşmasına ziddir.

«Bunu ballistik raket hazırlanmasının davamı sayırıq», – Nauert deyib.

İran dövlət televiziyası «Simorgh» və ya «Phoenix» raketlərinin buraxılmasının görüntüsünü yayıb, onların üzərində ayətulla Ruhollah Khomeini-nin şəkli olub. Raketin 250 kiloqramlıq peyki 500 kilometrlik hündürlüyə qaldıra biləcəyi bildirilir.

Dövlət Departamenti bildirib ki, bu tip texnologiya nüvə materialının daşınması üçün nəzərdə tutulub, eləcə də qitələrarası ballistik raket istehsalında istifadə oluna bilər.

İran bu raketlərin özünümüdafiə üçün lazım olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG