Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:20

ABŞ-ın Miçiqan ştatında federal hakim 1400 iraqlının deportasiyasının qeyri-müəyyən müddətə ertələnməsi barədə qərar çıxarıb. Həmin iraqlılar ötən ay keçirilmiş reydlər zamanı saxlanıblar.

Hakim Mark Goldsmith iyulun 24-də Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) xahişiylə ilkin qərar çıxarıb.

İraqlıların çoxu xristianlardır və ACLU bildirirdi ki, onlar etnik və dini azlıq olduqlarından İraqda təqiblə üzləşəcəklər.

İraqlılar immiqrasiya məhkəmələrində deportasiya məsələsi dartışıldığı müddətdə Birləşmiş Ştatlarda qala biləcəklər.

230 iraqlı nəzarət məntəqələrində saxlanılır, 1200 nəfər azadlıqdadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG