Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 22:24

Atəşkəslə bağlı 24 iyul açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 155 dəfə pozublar.

Məlumatda bildirilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Qaymaqlı, Qızılhacılı, Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi kəndi atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, İşğal altında olan Ağdam rayonunun Şuraabad, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Kəngərli, Sarıcalı, Novruzlu, Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, Goranboy və Göygöl rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG