Əfqanıstanda Taliban yaraqlıları iki rayona nəzarəti ələ keçirib.
Hökumət təsdiqləyib ki, Taliban iyulun 23-də Kohistan rayonunda hakimiyyət orqanlarını ələ keçirib.
Taliban Taywara rayonuna da tam nəzarət etdiyini desə də, hökumət qüvvələri döyüşlərin davam etdiyini bildirir. Rəsmilər Talibanın rayondakı xəstəxanada bir neçə həkim və xəstəni öldürdüyünü deyirlər.
Polis iki əməkdaşını döyüşlərdə itirdiyini bildirir.