Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 10:47

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) xarici sularda üzən gəmilərinin sayını artırıb. 7 min ton yükgötürmə qabiliyyəti olan "Professor Əziz Əliyev" gəmisi qurumun 11-ci gəmisi olacaq.

AXDG-nin mətbuat xidmətinin xəbərinə görə, Nijni Novqorod şəhərində inşa edilmiş gəmi Qara dəniz, Azov dənizi və Aralıq dənizi hövzələrində yükdaşımada istismar olunacaq.

"Professor Əziz Əliyev"in fəaliyyətinə AXDG-nin Türkiyədə təsis etdiyi "Casptankers" şirkətinin nəzarət edəcəyi bildirilir.

Dövlət Statistika Komitəsininməlumatına görə, bu ilin birinci yarısında su nəqliyyatında yük daşımalarının həcmi 49,9% artaraq 3 mln 937,1 min tona çatıb.

Yük dövriyyəsi isə (2 mln 30,9 min km-ton) 65,7% çoxalıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG