Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 04:25

Konstitusiya Məhkəməsi bank mübahisələri ilə bağlı qərar verib


Azərbaycan Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsinin PlenumuBanklar haqqında” qanunun bəzi müddəalarının mülki prosessual və əmək məcəllələrinin müddəaları ilə ziddiyyət təşkil etməsini araşdırıb. Konstitusiya işinə Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxılıb.

Məhkəmə iyulun 13-də iş üzrə qərar qəbul edib. Qərar bu gün, iyulun 14-də açıqlanıb.

Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətdə qeyd edib ki, iflas (ləğvetmə) prosesində olan banklara qarşı iddia ərizələri üzrə mübahisələrə baxılması zamanı qanunvericilikdə qeyri-müəyyənlik aşkar olunub.

Buna da bax:​ 'Bankların 2/3-si bağlanacaq' - Media icmalı

“Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır. Müraciətdə vurğulanıb ki, göstərilən maddədə “dayandırma” anlayışının hansı mənada işlədildiyi, prosessual mənada icraatın dayandırılması mənasını daşıdığı, yaxud oxşar işlər üzrə məhkəmə baxışını istisna etdiyi aydın deyil.

Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi hesab edib ki, məhkəmə təcrübəsində ləğvetmə prosesində olan banklara qarşı tələblər heç də həmişə yalnız qiymətləndirilən iddialardan ibarət olmur. Bəzi mübahisələrdə iddiaçılar müqavilələrin tam və ya qismən etibarsızlığı, dəyişdirilməsi, hesablanmış borcun əsassız hesab edilməsi və s. tələblər də irəli sürürlər. Həmin tələblərin isə “Banklar haqqında” qanunla tənzimlənən və irəli sürülməsinin xüsusi qaydası müəyyən olunan tələblərə aid edilməsi mübahisəlidir. Bu maddə məhz pul ödənişi ilə bağlı tələblərin ödənilməsi prosedurunu tənzimləyir.

Buna da bax: Auditdən keçməyənlər məhkəməyə veriləcək

Müraciət edənin qənaətinə görə, qanunvericilikdə ləğvetmə mərhələsində olan banklara qarşı verilmiş qeyri-əmlak xarakterli və ya qarışıq iddialara mahiyyəti üzrə baxılmasının mümkünlüyü məsələsində də qeyri-müəyyənlik mövcuddur.

Bakı Apellyasiya Məhkəməsi ziddiyyətli olduğu aşkar edilən qanunvericilik müddəalarının əlaqəli şəkildə şərh olunmasını xahiş edib.

Konstitusiya Məhkəməsinin qərarında deyilir ki, “Banklar haqqında” qanunun 72.1.2-ci maddəsindəki “dayandırma” ifadəsi müflis banka qarşı kreditor tələbləri ilə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını yox, icraata xitam verilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi hesab edib ki, həmin andan daxil olan ərizələrin qəbul edilməsindən imtina olunmalıdır.

Buna da bax:​ Valyutadəyişmə məntəqələrini niyə bağlamışdılar, niyə açırlar?

Banklar lisenziyanın ləğvi səbəbindən ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər isə Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Əmək Məcəlləsinin 178.2-ci maddəsində deyilir ki, müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir.

Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, Əmək Məcəlləsinin qeyd olunan maddəsi müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı “Banklar haqqında” qanunun müddəaları ilə ziddiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG