Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 16:55

Trump əfqan tələbə qızlara kömək etdi


Əfqanıstanda tələbə qızlar, arxiv

ABŞ prezidenti Donald Trump bir qrup əfqan qızın robototexnika yarışmasında iştirak üçün ölkəyə daxil ola bilməsinə yardım edib. Bu haqda Ağ evin sözçüsü Sarah Huckabee Sanders iyulun 12-də açıqlama verib.

Əfqanıstanın qərbində yerləşən Heratdan altı qadın tələbə iyulun 16-dan başlayacaq beynəlxalq yarışmada iştirak üçün müraciət edib. Ancaq Dövlət departamenti onlara viza verməkdən iki dəfə imtina edib.

Trump məsələni öyrənib müdaxilə edəndən sonra qızlara 10 günlük viza verilib.

Trump-ın milli təhlükəsizlik üzrə müşavirinin müavini Dina Powell deyib: “Həm də alim olan bu gənc qadınların nümayəndə heyətiylə fəxr edirik. Onlar əfqan xalqını təmsil edirlər… Onlar Əfqanıstanın gələcək liderləri və ölkələrinin güclü səfirləridir”.

Tənqidçilər deyirdilər ki, vizadan imtina edilməsi ABŞ əsgərlərinin Taliban yaraqlıları ilə savaşdığı Əfqanıstana yanlış mesaj göndərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG