Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 09:23

XİN: “Azərbaycan növbəti görüşə razılıq verib”


Bakı, XİN

“ATƏT-in Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinə bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçirməyi təklif ediblər və Azərbaycan buna razılıq verib”, - Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bunu iyulun 11-də Brüsseldə keçirilmiş Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə təklifi hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək.

Hikmət Hacıyev deyib ki, prezidentlərin görüşündən sonra həmsədrlərin 2017-ci ilin payızında regiona təkrar səfəri planlaşdırılır.

Nazirlərin görüşündə müzakirə edilən məsələlərə gəlincə, XİN sözçüsü bunları söyləyib: “Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirib ki, münaqişə ilə bağlı gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsədrlərin təqdim etdikləri mövcud plana uyğun, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.

Hikmət Hacıyev bunu da deyib ki, Məmmədyarov-Nalbandyan görüşündə münaqişənin nizamlanması ilə bağlı hər hansı mexanizmin yaradılması müzakirə edilməyib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması əldə olunub.Bunadək Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi kəndlər işğal edilib.

Münaqişənin nizamlanması ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğuldur.

Günün bütün mövzuları

XS
SM
MD
LG