Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 05:15

Belarus ordusunun nümayəndə heyəti Yerevandadır


Foto arxiv

Belarus müdafiə nazirliyinin nümayəndə heyəti hərbi əməkdaşlıq proqramı çərçivəsində Yerevana gəlib.

Bu barədə iyulun 11-də Azadlıq Radiosunun ermənistan xidməti məlumat verir.

Belarusun nümayəndə heyətinə hava hücumlarından müdafiə qüvvələrinin komandan müavini rəhbərlik edir.

Ermənistan müdafiə nazirliyi mətbuat xidmətinin məlumatına görə, danışıqlar zamanı əməkdaşlıq məsələsi müzakirə olunacaq, həmçinin nümayəndə heyətiErmənistanın hava hücumlarından müdafiə hissəsinə baş çəkəcək.

Bundan başqa Belarus silahlı qüvvələri baş qərərgahının hərbi-tipoqrafiya idarəsi rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti əməkdaşlıq proqramı çərçivəsində ayrıca danışıqlar aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG