Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:44

Hərbi təyyarə qəzaya uğrayıb, azı 16 nəfər ölüb


arxiv

Birləşmiş Ştatların Missisipi ştatında hərbi təyyarə qəzaya uğrayıb, azı 16 nəfər həlak olub. Hadisə iyulun 10-da axşam baş verib.

Ştatın mərkəzi sayılan Jackson-dan 100 mil şimalda baş vermiş qəza barədə detallar bəlli deyil.

Şahidlər təyyarənin tamamilə yandığını, qalıqlarının cəsədlərlə birlikdə 5 mil radiusa səpələndiyini bildirir.

LeFlore bölgəsinin fövqəladə hallar üzrə direktoru Fred Randle azı 16 nəfərin həlak olduğunu bildirib.

Missisipinin qubernatoru Phil Bryant “Facebook”da bu insidenti “faciə” adlandırıb. O, qəzanın mümkün səbəbləri barədə heç nə yazmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG