Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:13

G20 liderləri Beethoven-in 9-cu simfoniyasına qulaq asarkən...


Küçələrə çıxarılmış 20 min polisdən 200-ə yaxını yüngül xəsarət alıb...

İyulun 7-də Böyük 20-liyin (G20) Hamburqda keçirilən sammiti zamanı polis küçə zorakılıqlarını önləməyə çalışıb.

Təxminən 100 min antiqlobalizasiya etirazçısı arasındakı kiçik radikal qrupların törətdiyi yanğınların tüstüsü şəhərin üzərini bürüyüb.

Buna da bax:​ ABŞ-la Rusiya Suriyada atəşkəs elan edirlər

Etirazçılar onlarla maşını yandırıb, barrikadalar qurublar. Bu zaman Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Trump və Rusiya lideri Vladimir Putun Beethoven-in 9-cu simfoniyasına qulaq asırdılar.

Polis zirehli maşınlar, su şırnaqları, gözyaşardıcı qazın köməyilə küçələri təmizləyə bilib, iyulun 8-də səhər şəhər mərkəzində sakitçilik bərpa olunub.

Küçələrə çıxarılmış 20 min polisdən 200-ə yaxını yüngül xəsarət alıb. 19 nəfər həbsə atılıb, onlarla saxlanan var. Onlarla etirazçı xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG