Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 23:38

Dövlət Departamentindən danışıqlar çağırışı


Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar

ABŞ Dövlət Departamenti Alxanlı kəndində baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib.

«Amerika Birləşmiş Ştatları bu ayın 4-də Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin pozulması nəticəsində bir neçə dinc sakinin, o cümlədən ikiyaşlı uşağın həlak olmasına görə dərin narahatlıq keçirir. Bu hadisə təmas xətti yaxınlığında baş verib və biz bu qurbanların ailələrinə dərin hüznlə səmimi başsağlığımızı bildirmək istərdik», - açıqlamada qeyd olunur.

Dövlət Departamenti tərəfləri hərbi əməliyyatları dayandırmağa və danışıqları bərpa etməyə çağırır.

Eyni zamanda, münaqişənin gücdən istifadə etməmə, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll oluna biləcəyi vurğulanır.

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar2
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

BMT də danışıqlara çağırır

BMT Ermənistanla Azərbaycanı hərbi hərəkətlərdən çəkinməyə, durumu sakitləşdirməyə, növbəti zorakılığın qarşısını almağa çağırıb.

Qurumun bəyanatında deyilir ki, bu günlərdə təmas xəttində atəşkəsin pozulması narahatlıq yaradıb.

«BMT iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində insanların, o cümlədən mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını dəstəkləyir. Ən qısa zamanda danışıqlar masasına qayıtmaq həlli uzanmış bu təhlükəli münaqişənin yeganə nizamlama yoludur», - BMT-nin bəyanatında bildirilir.

XATIRLATMA

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, iyulun 4-də erməni hərbi qüvvələri ağır silahlar da tətbiq olunmaqla Füzuli rayonunun Alxanlı kəndini atəşə tutublar. Nəticədə dinc sakinlər - Sahibə Quliyeva və nəvəsi, ikiyaşlı Zəhra Quliyeva həlak olublar. Sərvinaz Quliyeva isə ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs imzalanıb. Buna qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG