Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:20

ABŞ Suriyada Rusiyayla əməkdaşlığa hazırdır


Rex Tillerson

Birləşmiş Ştatlar Suriyada Rusiyayla, hərbi məsələlər də daxil olmaqla, əməkdaşlığa hazırdır.

Bunu ABŞ dövlət katibi Rex Tillerson iyulun 5-də söyləyib. Onun sözlərinə görə, ABŞ Suriyada Rusiyayla koordinasiya şəklində qeyri-uçuş zonası yaratmağa açıqdır. O, Birləşmiş Ştatların atəşkəsə nəzarət mexanizmlərinin qurulması və humanitar yardımın çatdırılması mexanizmlərinin birgə yaradılmasına da hazır olduğunu dilə gətirib.

Tillerson deyib ki, ABŞ-Rusiya əməkdaşlığı Suriyada sabitlik yaradacaq.

Bu arada Birləşmiş Ştatların dəstəklədiyi qüvvələr «İslam Dövləti» (İŞİD) ekstremist qruplaşmasının üzərinə hücumu davam etdirir. Tillerson qruplaşmanın ağır yaralandığını, tam məğlubiyyət üzrə olduğunu söyləyib.

Tillerson onu da deyib ki, Rusiyanın Suriya prezidenti Bashar al-Assad-ın kimyəvi silahlardan istifadəsini əngəlləmək öhdəliyi var.

İyulun 7-də ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə Almaniyanın Hamburq şəhərində Böyük 20-liyin sammiti çərçivəsində görüşəcək. İki prezidentin Suriyanı müzakirə edəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG