Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 20:20

Azərbaycan Aİ ilə vahid aviasiya məkanını razılaşdırır


AZAL-ın təyyarəsi (arxiv fotosu)

İyulun 5-də Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında vahid aviasiya məkanına dair anlaşmanın əldə edilməsi yönündə danışıqlar keçirilib.

Bu haqda AzadlıqRadiosu-na Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) mətbuat xidmətindən bildiriblər.

Müzakirələrdə başlıca mövzu “Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında vahid aviasiya məkanına dair saziş”in razılaşdırılması olub.

Buna da bax:​ Azərbaycan və Avropa İttifaqı vahid aviasiya məkanı yaradır

ADMAA-nın "konstruktiv" adlandırdığı danışıqlarda tərəflər sazişi imzalamaq niyyətlərini bəyan ediblər. Görüşün nəticəsi olaraq protokol imzalanıb.

Yekun sənədin hazırlanması üçün danışıqların növbəti - 3-cü mərhələsi Bakıda keçiriləcək.

“Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması ən yaxın perspektivdə Azərbaycanla Avropa İttifaqı arasında "Əməkdaşlıq və tərəfdaşlıq haqqında" yeni Sazişin imzalanması cəhətdən vacibdir", - deyə ADMAA-nın direktoru Arif Məmmədov bildirib.

Buna da bax: J. Hahn: “Yeni tərəfdaşlıq sənədi əhəmiyyətli olacaq”

XATIRLATMA

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Aİ-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Buna da bax:​ Hökumət elektron satınalmalara hazırlaşır

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG