Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

Hökumət elektron satınalmalara hazırlaşır


Elektron hökumət portalı. Screenshot.

«Dövlət satınalmaları haqqında» yeni qanun layihəsi dövlətin maliyyələşdirdiyi satınalmaların əhəmiyyətli hissəsinin elektron platformaya keçidini nəzərdə tutur.

Hazırda qanun layihəsinin Ədliyyə Nazirliyində olduğu bildirilir.

Qanun layihəsilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Dünya Bankının Azərbaycandakı təmsilçiliklərinin mütəxəssisləri tanış olublar. Növbəti mərhələdə sənədin İqtisadiyyat Nazirliyinə, oradan Nazirlər Kabinetinə ötürüləcəyi gözlənilir. Sənəd qaydasında olarsa, Prezident Administrasiyasına göndəriləcək və qanunvericilik təşəbbüsü ilə parlamentin müzakirəsinə veriləcək. Proses Milli Məclisin payız sessiyasınadək tamamlana bilər. Bunu AzadlıqRadiosu-na İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində deyiblər.

Buna da bax:​ İqtisadçı: ‘Satınalmalardan korrupsiya iyi gəlir’

«Qalibi sistem özü seçəcək»

Yeni qanun layihəsi dövlət satınalmalarının təkmilləşdirilməsini, onun beynəlxalq tələblərə uyğunlaşdırılmasını, dövlət satınalma prosedurlarında müasir satınalma üsullarının tətbiqini nəzərdə tutur. Söhbət ənənəvi kağız daşıyıcılarından imtina olunması və əksər satınalma əməliyyatlarının elektron formatda aparılmasından gedir. Bunu AzadlıqRadiosu-na Dövlət Xidmətinin dövlət satınalmaları şöbəsinin müdir müavini Mirdamət Kərimov deyir və bu prosesin mərhələli şəkildə aparılacağını vurğulayır.

«Bu məqsədlə dövlət satınalmalarının vahid internet portalı yaradılacaq. Portal təqdim olunmuş sənədlərə uyğun olaraq iddiaçıları seçəcək. Lakin müəyyən mərhələdə iddiaçıların uyğunluğunu yoxlamaq da tələb olunacaq. Qalibi komissiya deyil, irəli sürülən təkliflər əsasında sistem özü müəyyən edəcək. Daha sonra isə sistem qalib və iştirakçılar barədə məlumatları ictimaiyyətə ötürəcək», – M. Kərimov deyib.

Buna da bax:​ Azərbaycan 'Şərq Tərəfdaşlığı' ölkələri arasında sonuncudur

Müqavilələrin də reyestri olacaq

Dövlət xidmətinin nümayəndəsi əlavə edib ki, yeni qanun satınalma müqavilələrinin vahid reyestrinin yaradılmasını da nəzərdə tutur.

Qanun layihəsində elektron satınalmalarla yanaşı, beynəlxalq təcrübədə tətbiq olunan çərçivə sazişləri və rəqabətli danışıqlar prosedurlarından istifadədən də söz açılır.

Mirdamət Kərimovun sözlərinə görə, açıq tenderdən yayınmaları önləmək məqsədilə dövlət satınalmalarını əvvəlcədən planlaşdırmaq və bu planları büdcə ili başlananadək dövlət satınalmalarının vahid internet portalında yerləşdirmək tələb olunacaq.

Buna da bax:​ Gizli satınalma planı- [Araşdırma]

Yeni qanunda şikayətlərin verilməsi və baxılması ilə bağlı mövcud prosedurlarının təkmilləşdirilməsi də nəzərdə tutulur.

Prezident beş ay vaxt vermişdi

2016-cı ildə müsabiqə yolu ilə 7 min 772 satınalma gerçəkləşdirilib. Bu, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində qeydiyyata alınan protokollar üzrə bağlanmış müqavilələrdir. Onların toplam qiymətinin 1,7 milyard manat olduğu bildirilir.

SOCAR-ın təşkil etdiyi satınalmalar buraya daxil deyil.

Buna da bax:​ «E-hökumət»ə tenderlər, benefisiarlar... daxil ediləcək

Ötən ilin aprelində prezident İlham Əliyev Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yeni Əsasnaməsini və strukturunu təsdiqləmişdi. Dövlət başçısı dövlət satınalmaları haqqında yeni qanun layihəsinin hazırlanması üçün Nazirlər Kabinetinə 5 ay vaxt vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG