Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:41

Azərbaycan 'Şərq Tərəfdaşlığı' ölkələri arasında sonuncudur


Bakıda Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin görüşü

Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyin təkmilləşməsi və icrası üzrə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələri arasında sonuncu yerdədir.

Azərbaycan 100 mümkün baldan cəmi 49 bal toplayıb.

Sözügedən reytinq Gürcüstan İnformasiya Azadlığı İnstitutunun həyata keçirdiyi dövlət satınalmalarının şəffaflığı layihəsi çərçivəsində tərtib edilib.

Buna da bax:​ AB ilə əməkdaşlıq müzakirə olunub

Qiymətləndirmə bu indikator əsasında həyata keçirilib: qanunvericilik bazasının yekcinsliyi, səmərəlilik, şəffaflıq, hesabatlılıq, dürüstlük, rəqabətlilik və tərəfsizlik.

Araşdırmaya görə, Azərbaycan qanunvericiliyində dövlət satınalmalarının şəffaflığını təmin edəcək tələblər azdır. Bunlar illik satınalma planları, şərtlərə dəyişiklik, tenderdə iştirak etməkdən ötrü müraciətlər, təkliflər, satınalma prosesi ilə bağlı qəbul edilmiş şikayətlər, mübahisələrin həll edilməsi barədə qərarlardır.

Buna da bax: Avropalılar Bakıda məhkəmələrin inkişafından danışdılar

“Tender prosesi şəffaf həyata keçirilmədiyi üçün bu sahədə yüksək korrupsiya riski mövcuddur. Satınalma prosesinə ictimai nəzarət imkanlarının məhdud olması korrupsiya riskini daha da artırır”, deyə sənəddə qeyd edilir.

Sənəddə daha sonra yazılır:

“Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda satınalma əməliyyatları elektron tender vasitəsilə həyata keçirilmir. Vətəndaş cəmiyyəti təşkilatlarına dövlət orqanları və müəssisələrin həyata keçirdiyi satınalmalara ictimai nəzarət imkanı verilmir. Tenderlərin nəticələri barədə ictimaiyyətə cüzi məlumatlar verilir”.

Sözügedən araşdırmanın nəticələrinə görə, Ukrayna və Gürcüstanın qanunvericiliyi ən yaxşı olub.

Buna da bax:​ M.Janelidze: 'Rəqəmlər pozitiv deyil'

2004-cü ildən Azərbaycan Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG