Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:48

Avropalılar Bakıda məhkəmələrin inkişafından danışdılar


Meeting of the Council of Europe and the European Union. Azerbaijan. Baku. 04april2017

Bu gün, aprelin 4-da Bakıda Avropa Şurası və Avropa Birliyinin (AB) "Azərbaycan məhkəmələrinin səmərəliliyinə yardım, hakimlərin təhsilinin təkmilləşdirilməsi, məhkəmələrin özünüidarəsi" mövzusunda birgə layihəsinin başa çatmasına həsr olunmuş yekun konfrans keçirilib.

Layihə AB-nin "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində həyata keçirilib.

İki illik layihə Azərbaycanın Avropa Şurası qarşısında insan hüquqlarına, qanunun aliliyinə və demokratik prinsiplərə riayət olunması üzrə öhdəliklərinə uyğun olaraq reallaşdırılıb.

Buna da bax:​ 'AB-nin repressiv rejimlərlə müqavilələrinin gələcəyi yoxdur'

Təşkilatçılar bildirir ki, layihə çərçivəsində pilot məhkəmələrdə (apellyasiya məhkəmələrində) CEPEJ - Ədalətli mühakimənin səmərəliliyi məsələləri üzrə Avropa Komissiyasının standartları tətbiq olunub.

Konfransın açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç qeyd edib ki, layihənin həyata keçirilməsi Azərbaycanın məhkəmə sisteminin inkişafından ötrü onunla sıx əməkdaşlığa şərait yaratmaq imkanı verib.

"Layihənin məqsədi məhkəmə sistemində islahatlar aparmaqdan ötrü potensialı gücləndirmək idi", deyə o bildirib.

Buna da bax:​ Azərbaycan və AB arasında yeni sazişin detalları açıqlanıb

D.Filipoviç vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərin sayını azaltmaqdan ötrü milli məhkəmə sistemi inkişaf etdirilməlidir.

"Bütünlükdə milli məhkəmə sistemləri Avropada qəbul edilmiş standartlara uyğun olmalıdır", deyə o bildirib.

Avropa Şurası insan hüquqları və qanunun aliliyi üzrə baş direktorunun ədliyyə, hüquqi əməkdaşlıq departamentinin rəhbəri Hanna Yunker qeyd edib ki, Azərbaycanda da etibarlı, əlçatan, mübahisəli məsələlərin keyfiyyətli həllinə şərait yaradan məhkəmə sisteminin yaradılmasıdır.

Buna da bax:​ Azərbaycanın demokratiya balı bir az da düşüb

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Ceron Vilems qeyd edib ki, hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi haqqında müzakirələr əhəmiyyət kəsb edir.

"Bundan ötrü ədalətli məhkəmə sisteminin olması çox vacibdir. Məhz belə məhkəmə sistemi iqtisadi islahatlara şərait yaratmalıdır", deyə o qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG