Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 07:01

Macarıstan "Türk axını" kəməri ilə Rusiyadan qaz alacaq


"Türk axını" layihəsi

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” kəməri ilə Macarıstana qaz verməyi planlaşdırır.

RİA Novosti-nin iyulun 5-də Macarıstanın MTİ agentliyinə istinadla verdiyi məlumata görə, tərəflər artıq müvafiq razılaşma imzalayıblar.

Məlumata görə Macarıstan bu kəmərlə qaz almağı ən optimal variant hesab edir.

Mənbənin yazdığına görə, “Türk axını” kəmərinin Macarıstandan keçəcək hissəsinin tikintisi artıq 2019-cu ilin sonunda başa çatdırılacaq.

Xatırladaq ki, Moskva ilə Ankara 2016-cı il oktyabrın 10-da “Türk axını” layihəsi ilə bağlı razılaşma imzalayıblar.

Qara dənizin dibindən keçəcək bu kəmərlə Rusiya qazının Türkiyəyə, ordan isə Avropa Birliyi ölkələrinə ötürülməsi nəzərdə tutulur.

Kəmərin dənizdən keçən hissəsinin uzunluğu təxminən 920 km, qurudan keçən tranzit hissəsi isə 200 kilometrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG