Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 23:59

Vəkil şahidə: 'Faiq Əmirlinin maşını nə rəngdədir?'


Faiq Əmirlinin vəkili Aqil Layıcov. 21 iyun 2017
Faiq Əmirlinin vəkili Aqil Layıcov. 21 iyun 2017

"Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəməyə gəlməyən 30 nəfərə qədər şahid haqqında məcburi gətirilmə qərarı çıxarılsa da, yenə xeyri olmayıb.

İyulun 3-də keçirilən məhkəməyə cəmi bir şahid gəlib - Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Həsən Əliyev.

O bildirib ki, Faiq Əmirlinin evindəki axtarışda və idarə etdiyi avtomobilə baxışda iştirak edib: "Mən Faiq Əmirlini əvvəllər tanımamışam. Keçən ilin avqustunda idarəyə onun haqqında məlumat daxil oldu. Bundan sonra onun evində hal şahidlərinin və ev sahibəsinin iştirakı ilə axtarış apardıq. Evdə və maşında axtarış zamanı disklər, bir sıra ədəbiyyatlar tapdıq".

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

GÖY, YA QARA MAŞIN?

Şahid Faiq Əmirlinin vəkili Aqil Layıcovun suallarını cavablandırarkən disklər və kitabların tapıldığını iddia etdiyi avtomobilin rənginin qara olduğunu deyib. Halbuki, Faiq Əmirlinin idarə etdiyi maşın göy rəngdədir.

Hakim Aytən Əliyeva məlumat verib ki, Elvin Ağayev adlı daha bir şahid də məhkəməyə teleqram göndərərək, istintaqdakı ifadəsini təsdiqlədiyini bildirib.

Elvin Ağayev bir neçə il öncə "Azadlıq" qəzetində əmlak satışı haqda elan verib.

Ardından şahidlərin gəlməməsi məsələsi müzakirəyə çıxarılıb. Hakim gəlməyən şahidlərin ifadələrinin elan olunmasıyla kifayətlənməyin mümkünlüyünü ittiham və müdafiə tərəfindən soruşub. Vəkil Aqil Layıcov bu məsələyə münasibət bildirmək üçün vaxt istəyib. Deyib ki, Faiq Əmirlinin digər vəkili Fəxrəddin Mehdiyevlə məsləhətləşdikdən sonra bu haqda qərar verəcəklər.

Buna da bax: Xanımı: 'Faiq Əmirlinin üzündə keyimə yaranıb'

Məhkəmə iyulun 4-də davam edəcək.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Buna da bax:​ Faiq Əmirlinin işi üzrə məcburi gətirilmə qərarı çıxarıldı

Hazırda onun məhkəmə prosesi davam edir.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb. Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG