Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 22:23

Faiq Əmirlinin işi üzrə məcburi gətirilmə qərarı çıxarıldı


Faiq Əmirli

"Azadlıq" qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi üzrə şahid qismində tanınan adamlar barədə xüsusi qərar çıxarılıb.

İyunun 22-də Səbail Rayon Məhkəməsində hakim Aytən Əliyeva şahidlərin məcburi gətirilməsinə qərar verib.

ABŞ yaşayan ilahiyyatçı Fethullah Gülen-in (Ankara onu ötən iyuldakı çevriliş) tərəfdarı və təbliğatçısı kimi həbs olunan, sonradan "Azadlıq" qəzetinin maliyyə məsələlərinə görə suçlanan Faiq Əmirlinin işində 55 şahid var. İstintaqda daha çox adam ifadə verib, amma ittiham tərəfi məhkəmədə onlardan 55-nin dindirilməsini istəyib. Bunların da 28-i məhkəmədə dindirilsə də, qalan şahidlər gəlmir.

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Hakim bildirib ki, şahidlərlə dəfələrlə əlaqə saxlanılsa da, məhkəməyə gəlməkdən imtina edirlər. Ona görə də həmin şahidlərin hamısının haqqında məcburi gətirilmə qərarı çıxarılır.

Məhkəmə bu səbəbdən iyulun 3-nə qədər təxirə salınıb.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.

Buna da bax:​ Faiq Əmirlinin məhkəməsində 2 manatlıq elan söhbəti

F.Əmirliyə verilmiş bəzi ittihamlar isə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.

AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.

Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağrılıb, ifadələri alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG