Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 04:35

Kaspersky proqram kodunun yoxlanmasına icazə verir


Eugene Kaspersky

Rusiyanın «Kaspersky Lab» kibertəhlükəsizlik firması ABŞ rəsmilərinin bu şirkətin məhsulları sarıdan narahatlığını aradan qaldırmaq məqsədiylə şirkətin proqram kodunun (source code) yoxlanmasına icazə verməyə hazırdır. Bunu şirkətin rəhbəri Eugene Kaspersky iyulun 2-də «The Associated Press» agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, «Birləşmiş Ştatlara lazımsa, biz proqram kodunu açıqlaya bilərik». Proqram kodu kompüter proqramının fundamental komponenti sayılır.

Kaspersky deyib ki, şirkət məhsullarıyla bağlı narahatlıqları müzakirə etmək üçün ABŞ Konqresində ifadə verməyə və əndişələri azaldacaqsa, tədqiqat işinin bir hissəsini Birləşmiş Ştatlara köçürməyə hazırdır.

Hazırda Moskvada yaşayan Kaspersky Rusiyanın zənginlərindən sayılır. O, əvvəllər Rusiya ordusu üçün çalışıb. Şirkətinin Rusiya hökumətinə kömək etməsiylə bağlı ona ittihamlar var. O isə bu ittihamları «Soyuq müharibə paranoyyası» adlandırıb.

ABŞ mediası yazıb ki, Amerika rəsmiləri Rusiya kəşfiyyat agentlərinin «Kaspersky» proqramından yararlanaraq amerikalıları izləyə biləcəyindən, yaxud ABŞ kompüter sistemlərini sabotaj edəcəyindən narahatdır.

Kaspersky isə şirkətinin yalnız müdafiə işləri gördüyünü deyib. O, bəzi hökumətlərin onu hakerliyə cəlb etməyə çalışdığını da söyləyib. Ancaq həmin ölkənin Rusiya olmadığını da vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG