Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 18:35

Trump-ın səyahət qadağası iyunun 29-dan qüvvəyə minir


Heather Nauert

ABŞ Dövlət Departamenti iyunun 26-da bildirib ki, prezident Donald Trump-ın müsəlman ölkələrindən gələnlərə müvəqqəti səyahət qadağasının icrasına Ali Məhkəmə onu qismən qüvvədə saxlayandan 72 saat sonra başlayacaq.

Bu, həmin qadağanın iyunun 29-u səhərdən qüvvəyə minməsi deməkdir.

Departamentin sözçüsü Heather Nauert deyib ki, hökumət Birləşmiş Ştatlara gələnləri əlavə detallar və qadağanın müddəaları barədə «peşəkar formada, vaxtında» bilgiləndirəcək.

Ali Məhkəmə iyunun 26-da Trump-ın qadağasının bloklanmasıyla bağlı aşağı məhkəmələrin qərarlarını ləğv edib. Trump bütün qaçqınlara 120 günlük, İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən gələnlərə isə 90 günlük qadağa təklif edirdi.

Məhkəmə əcnəbilərin bir kateqoriyası üçün istisnanı tanıyıb. Bu, ABŞ-dakı hər hansı fərd və ya vahidlə inandırıcı «bona fide» münasibətə malik olan şəxslərə aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG