Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 04:41

İstanbul hakimiyyəti cinsi azlıqların yürüşünə icazə vermədi


Foto arxiv

İstanbul hakimiyyəti təhlükəsizlik baxımından cinsi azlıqların yürüşünü qadağan edib.

Şəhər valiliyi iyunun 24-də bildirib ki, bu iştirakçılar və turistlərin təhlükəsizliyi və ictimai asaişin qorunması baxımından edilib.

Türkiyədəki LGBTİ təşkilatının fəalları sosial şəbəkələrdə, iyunun 25-də Taksim meydanından başlayaraq yürüş təşkil edəcəklərini bəyan eləmişdilər.

Valilik bildirib ki, yürüşə qarşı çıxan müxtəlif qruplar buna ciddi reaksiya veriblər.

Millətçi partiya ilə bağlı olan qatı sağçı “Alperen Hearths” qrupu ötən həftə xəbərdarlıq edib ki, yürüşün keçirilməsinə imkan verməyəcək.

2014-cü ildə İstanbulda keçirilən belə bir nümayişdə 100 minədək adam iştirak eləmişdi ki, bu müsəlman dünyasında böyük hadisə hesab olunur.

Türkiyədə homoseksualizm qadağan olunmasa da cinsi azlıqlara qarşı münasibət yaxşı deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG