Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:52

Trump hökuməti Rusiyaya sanksiyalarla bağlı yeni qanun layihəsindən narazıdır


Donald Trump

Donald Trump administrasiyası Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsindən narazıdır.

Bu barədə “Washington Post” Ağ evdəki mənbələrə istinadla xəbər verir.

Məlumata görə Konqresin razılığı olmadan Rusiya və İrana qarşı sanksiyaların ləğvinin mümkün olmaması ilə bağlı bənd Trump-ı qane eləmir.

Mənbə qəzetə bildirib ki, Ağ ev Moskva ilə qarşılıqlı münasibətlər məsələsindən yox, məhz prezidentin səlahiyyətlərinin zəiflədilməsindən narahatdır.

Qeyd edək ki, hazırda Nümayəndələr palatasında qanun layihəsinə baxılması ləngidilir, amma gələn həftə qəbul edilə bilər.

“Washington Post” yazır ki, Ağ ev bundan istifadə edərək sənəddə düzəliş edilməsinə çalışır.

Artıq Senat ötən həftə bu qanun layihəsini qəbul edib.

Yeni sanksiyalar Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi , habelə Moskvanın Ukrayna və Suriyadakı rolu ilə bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG