Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:28

Rusiya İŞİD hədəflərini vurduğunu deyir


Rusiya təyyarələri Hama-nı bombalayır, 23 iyun, 2017

Rusiyanın iki hərbi gəmisi və bir sualtı qayığı Suriyadakı İslam Dövləti (İŞİD) hədəflərinə raket atıb. Bu haqda iyunun 23-də Rusiyanın Müdafiə nazirliyi məlumat yayıb.

Suriyanın Hama regionundakı komandanlıq mərkəzlərinə və silah anbarlarına altı Kalibr raketi atıldığı bildirilir.

Nazirliyin məlumatına görə, qəfil raket zərbələri hədəfləri dağıdıb.

Buna da bax:​ ABŞ-ın hava zərbəsi İŞİD-in “baş müftisini” öldürüb

Həmin hücumların video görüntüləri də yayılıb.

Rusiya mayın 31-də Palmira yaxınlığındakı İŞİD hədəflərini vurmuşdu.

Nazirlik İŞİD yaraqlılarının bu həftə Hama vilayətinə doğru irəliləməyə çalışdığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG