İslam Dövləti qruplaşması ilə mübarizə aparan ABŞ koalisiyası bildirib ki, özünü İŞİD-in “baş ruhanisi” elan etmiş şəxs bu yaxınlarda Suriyada endirilən hava zərbələrində həlak olub.
Koalisiyanın iyunun 20-də yayılmış bəynatında deyilir ki, "özünü İŞİD-in baş müftisi və ya baş ruhanisi elan etmiş Turki Binalini mayın 31-də Suriyanın Mayadin məntəqəsinə endirilən hava zərbəsi ilə öldürülüb”.
Suriya fəalları və İD tərəfdarları Binalinin ölümü barədə elə o vaxt məlumat vermişdilər, lakin o vaxtdan bəri bu hadisənin rəsmi təsdiqi olmamışdı.
Əslən bəhreynli ruhani İD-in ən tanınmış vaizlərindən idi və tez-tez təşkilatın təbliğat videolarında görünərdi.
Bəzi məlumatlara görə İraqın yezidi azlığından yüzlərlə qadının seks kölələrinə çevrilməsini məhz Binali dini baxımdan əsaslandırmışdı.
Koalisiyanın bəyanatında Turki Binalı İŞİD-in başçısı Abu Bakr al-Baghdadi-nin yaxın adamı adlandırılır və qeyd olunur ki, o dünya boyunca terror aktlarının törədilməsi üçün səfərbərlərin ələ alınmasında aparıcı rol oynayırdı.