Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Bayram Məmmədovun aclıq aksiyasına başladığı bildirilir


Bayram Məmmədov

Həbsdəki gənc fəal Bayram Məmmədovun aclıq aksiyasına başladığı bildirilir.

Bu haqda məhbusun özü ailəsinə telefonla xəbər verib.

13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan B.Məmmədov şəraitinin ağırlığından narazıdır.

B.Məmmədovun ailəsinin deməsinə görə, gənc fəal onlara bildirib ki, 13 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü gündən yataqxanada qapının ağzına - ayaqyolunun yanında yerləşdirilib. Müəssisənin rəisi digər yerlər boşalanda onun yerinin dəyişiləcəyini vəd edib, ancaq bu günə qədər vədə əməl edilməyib.

Buna da bax:​ Avropa Məhkəməsi gənc fəalların şikayətini icraata götürüb

B.Məmmədov bu gün, iyunun 23-də aclıq aksiyasına başlaması barədə müəssisə rəhbərliyinə məktub təqdim edəcəyini bildirib.

Ailəsinin bu açıqlamalarına, hələlik, 13 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ancaq bundan əvvəl də gənc fəalın cəzaçəkmə müəssisində işgəncə və pis münasibətə məruz qalması ilə bağlı şikayəti olmuşdu. Həmin şikayətin Penitensiar Xidmətdə araşdırıldığı açıqlanmışdı

Bu haqda gənc fəalın vəkili Elçin Sadıqova Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov məlumat vermişdi.

Buna da bax: Bayram Məmmədovun kassasiya şikayəti təmin olunmayıb

İdarə rəisinin göndərdiyi məktubda yazılırdı ki, araşdırma zamanı Bayram Məmmədovun qanunsuz hərəkətlərə məruz qalması barədə hallar təsdiqini tapmayıb.

"Cəza çəkdiyi dövrdə məhkum Bayram Məmmədov Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq maddi məişət şəraiti ilə təmin olunub. İşgəncələrə, qeyri-insanı rəftara və ya ləyaqəti alçaldan rəftara məruz qalmayıb. Onun şəxsi təhlükəsizlik hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada təmin olunur", – idarə rəisin məktubunda yazılırdı.

Penitensiar Xidmət həmçinin, Bayram Məmmədovun işgəncəyə məruz qalması barədə bildirməsinə də bundan əvvəl münasibət bildirmişdi. "Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində saxlanan Bayram Məmmədova işgəncələr verilməsi, qanunsuz hərəkətlərə məruz qalması və vəkili Elçin Sadıqovla görüşlərə vaxtında icazə verilməməsi barədə müraciətə baxılmışdır. Bildirilir ki, araşdırma zamanı müraciətinizdə göstərilən halları təsdiq edən hallar müəyyən edilməmişdir” – deyə Penitensiar Xidmət bildirirdi.

Buna da bax:​ Penitensiar Xidmət Bayram Məmmədovun müraciətini araşdırıb

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimli ilə birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da d 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə, həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG