Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 05:55

Atəşkəslə bağlı 18 iyun açıqlaması


Arxiv fotosu

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 118 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (56 mərmi) istifadə edildiyi vurğulanıb.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı, Berd rayonundan da Tovuz rayonunun Ağdam və Muncuqlu kəndləri atəşə tutulub.

Buna da bax:​ Elmar Məmmədyarov: 'Status-kvo dəyişməlidir'

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb .

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Novruzlu, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Dağlıq Qarabağ rəsmən Azərbaycanın tərkibindədir, 1990-cı illərin əvvəllərində müharibə nəticəsində Ermənistanın dəstəklədiyi separatçılar nəzarəti ələ alıblar. Münaqişədə 30 min nəfərin öldüyü bildirilir.

Buna da bax: Həmsədrlər Yerevanda Qarabağ münaqişəsini müzakirə ediblər

Dağlıq Qarabağın ətrafındakı Azərbaycana məxsus 7 rayonu da Ermənistan silahlı bölmələri və separatçılar işğal edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. Həmsədrlər hazırda bölgədə səfərdədirlər. Onların bu günlərdə Azərbaycana gələcəyi bildirilir.

1994-cü ildən tərəflər arasında atəşkəs razılaşması əldə edilib. Ancaq tez-tez tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG